Bu ilin aprel ayında Avrozonanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10.9 mlrd. avro təşkil edib ki, illik ifadədə 2.3 mlrd. avro və ya 26.7% çoxdur.
Bu barədə Avropa İttifaqının Statistika Xidmətinin ilkin hesabatında deyilir.
Qeyd olunub ki, apreldə ixracın həcmi 43.2% artaraq 193.8 mlrd. avroya, idxalın həcmi isə 37.4% artaraq 182.8 mlrd. avroya çatıb. Avrozona daxilində ticarət dövriyyəsinin həcmi 61.9% artaraq 178.9 mlrd. avro təşkil edib.
İxrac üzrə ən böyük artım tempini Slovakiya (120.6%) və İtaliya (104.6%) nümayiş etdirib, ən böyük azalma isə Kipr (-17.7%) və İrlandiyada (-0.3%) qeydə alınıb