13 C
Baku
Saturday, November 23, 2024

Avrozonanın rüblük ÜDM-i 3.7% artıb

Bu ilin III rübündə Avrozona iqtisadiyyatı illik müqayisədə 3,7%, bu ilin II rübü ilə müqayisədə isə 2,2% böyüyüb.

“Eurostat”ın verdiyi məlumata görə, Avrozonada məşğulluq III rübdə illik müqayisədə 2%, rüblük ifadədə isə 0,9% artıb.

Qeyd edilir ki, 2021-ci ilin III rübündə ÜDM-in illik artım tempi üzrə ən yüksək nəticələrə Rumıniya (8%), Macarıstan (6,1%), Litva (6%) və Danimarka (5,4%) nail olub. Ən zəif artım göstəriciləri isə Bolqarıstan (0,4%) və Slovakiyada (1,3%) qeydə alınıb.

ÜDM-in rüblük artımına gəldikdə, sözügedən aralıqda ən yüksək iqtisadi artım Avstriyada (3,3%), Fransada (3%) və Portuqaliyada (2,9%) olub. Ən zəif rüblük artım göstəriciləri isə Litvada (0%), Latviyada (0,3%), Slovakiyada (0,4%) müşahidə olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər