5 C
Baku
Wednesday, March 12, 2025

Avrozonanın xarici ticarət balansında profisit yaranıb

Avrozonada 2024-cü ilin dekabrında xarici ticarət balansının profisiti 15,5 milyard avro təşkil edib.

Avropa Statistika Ofisinin (Eurostat) məlumatına görə, dekabrda Avrozonada ixracın dəyəri əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,1 faiz artımla 226,5 milyard avro, idxalın dəyəri 3,8 faiz artaraq 211 milyard avro olub.

Hesabat ayında Avropa İttifaqında (Aİ) isə ixracın dəyəri əvvəlki ilin eyni dövrünə görə 3,7 faiz artaraq 209 milyard avro, idxalın dəyəri 3,9 faiz artaraq 192,7 milyard avro olub. Dekabrda Aİ-də 16,3 milyard avroluq müsbət saldo yaranıb.

2024-cü il ərzində Avrozonada ticarət profisiti 176,9 milyard avro, Aİ-də isə 150,1 milyard avro təşkil edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər