Avstraliya on beş aydan sonra yenidən Azərbaycan neftini alıb. Bu ticarət 2023-cü ilin oktyabrında baş tutub.
Banker.az xəbər verir ki, bu barədə rəsmi statistik göstəricilərdə bildirilir.
Oktyabrda Avstraliyaya 39.2 min ton və ya $28.39 milyon dollarlıq xam neft satılıb.
Sonuncu dəfə Avstraliya Azərbaycandan 2023-cü ilin iyulunda xam neft tədarük etmişdi. Həmin müddətdə 156.42 min ton və ya $138.98 milyonluq neft alınmışdı.
Azərbaycan cari ildə xam neftin bir tonunu Avstraliyaya $724 satıb. 2023-cü ilin ilk 10 ayı üzrə orta qiymət isə 619 $/tondur.