Avstraliya bankları tərəfindən Avstraliya vətəndaşlığı olmayan borcalanlara təklif olunan ipoteka kreditləri

Hərçənd ki, Avstraliya Azərbaycandan çox uzaqda yerləşir və ekzotik ölkə təsiri bağışlayır, lakin az da olsa bir çox vətəndaşlarımı Avstraliyada yaşamağı üstün tuturlar. Kimisi ora işçi vizası vasitəsi ilə gedib, kimsə Avstraliyanın zəngin koloritinə valeh olub, kimlər isə orada ailə həyatı qurublar. Lakin bu tip gedişlər uzunmüddətli xarakter daşıyırsa, əlavə xərc və problemlər gətirəcək. Avstraliyaya köçmüş Azərbaycan vətəndaşlarının həll etməli olduqları problemlərdən birincisi mənzil problemidir.

Əlbəttə ki, daşınmaz əmlakı icarəyə götürmək olar və bu, problemin ən yüngül və asan həlli olacaq, lakin bizim ölkənin vətəndaşı həmişəlik və ya bir müddətlik “kenquru” ölkəsində qalmaq niyyətindədirsə, onda o öz daşınmaz əmlakının əldə olunması barədə fikirləşməlidir. Lakin onu demək lazımdır ki, bu ölkədə daşınmaz əmlak heç də ucuz deyil və daşınmaz əmlakın əldə olunması ölkəyə köçmüş hər bir qeyri-rezidentin cibinə uyğun olmur.

Lakin bir tərəfdən Avstraliyanın maliyyə institutları Avstraliya vətəndaşlığı olmayan borcalanlar üçün ipoteka krediti təklif edirlər, düzdü bu bir sıra vacib şərtlərin tələb olunması ilə müşayiət olunur.

Potensial borcalanların kateqoriyaya bölünməsi.

Çox maraqlıdır ki, Avstraliya bankları tərəfindən Avstraliya vətəndaşlığı olmayanlara ipoteka kreditləri, potensial borcalan qeyri-rezidentin kateqoriyasından asılı olaraq verilir.

Avstraliyanın ipoteka kreditinin şərtlərinə görə ipoteka kreditlərini həm ölkə daxilində, həm də ölkə xaricində yaşayan qeyri-rezidentlər götürə bilər. Lakin ipotekanın rəsmiləşdirilməsi üçün potensial borcalan aşağıdakı sənədlərdən biri tələb olunur:

  • Işçi vizası
  • Müvəqqəti viza
  • Həyat yoldaşı vizası
  • Tələbə vizası

Yuxarıda sadalanan sənədləri ipoteka kreditlərinin verilməsi üçün istifadə etməklə yanaşı, maliyyə institutları onların vasitəsilə borcun maksimal həddi, müddət və hətta faiz dərəcələrini də müəyyənləşdirir.

Yeri gəlmişkən onu da deyək ki, hətta Avstraliya işçi vizasının da bir neçə növü var. Ona görə də Avstraliyanın maliyyə institutları potensial borcalanda işçi vizasının hansı sinfi olmasına mütləq diqqət yetirəcəklər. Məsələn, maliyyə institutu tərəfindən işçi vizaları arasında aşağıdakıalara üstünlük veriləcək:

  • Investisiya vizası. Oxşar vizalar Avstraliya bankları, qiymətli kağızlar və ya təqaüd fondlarına pul qoymağa hazırlaşan qeyri-rezidentlərə verilir.
  • Biznes vizası, biznesi olan və ya Avstraliyada şəxsi biznesini qurmağa hazırlaşan qeyri-rezidentlərə verilir.
  • Xarici dövlətin agenti üçün viza
  • Daxili işçi vizası
  • Ölkə ərazisində tibbi xidmət hüququ verən müvəqqəti viza
Avstraliya bankları tərəfindən qeyri-rezidentlərə təqdim olunan ipoteka kreditlərinin xüsusiyyətləri.

Əvvəllər xarici ölkə vətəndaşlarına verilən ipoteka kreditlərinin şərtləri ölkə vətəndaşlarına verilən ipotekadan əhəmiyyətli dərəcədə fərqlənirdi. Lakin indi yaşıl qitənin maliyyə sektorunda “ortaq məxrəc” tendensiyası müşahidə olunur. Avstraliya bankları tərəfindən ipoteka üçün təklif olunan minimal məbləğ 100 min ABŞ dollarına bərabərdir və əgər borcalanın daha az vəsaitə ehtiyacı varsa, onda o daşınmaz əmlak alınmasının alternativ yollarına üz tutmalıdır.

Ipoteka kreditlərinin maksimal məbləği Avstraliya qanunvericiliyi ilə müəyyən olunur və burada faktiki olaraq heç bir məhdudiyyət yoxdur, lakin istənilən şərtlər daxilində ipoteka məbləği borcalan tərəfindən əldə olunan daşınmaz əmlakın 80%-dən çox olmamalıdır.

Müqayisə üçün onu deyə bilərik ki, Azərbaycan ipoteka kreditlərindən fərqli olaraq, Avstraliya maliyyə sektorunda ilkin ödənişsiz borc anlayışı yoxdur.

Düzdü, Avstraliya bank institutları tərəfindən borcalanların bir çox kateqoriyalarına istisna hal kimi daşınmaz əmlakın 95%-i miqdarında ipoteka təklif edirlər. Bu tip güzəştli borclar əsasən işçi vizası ilə Avstraliyaya gəlmiş tibb işçilərinə təklif olunur.

Lakin daşınmaz əmlakın bütün dəyərinin beş faizini borcalan öz yığımlarından ödəmək məcburiyyətindədir. Düzünə qalsa, əksər maliyyə institutları bildirirlər ki, standart – 15 il müddəti potensial borcalan üçün heç də sərfəli olmayacaq. Avstraliyada ipotekanın götürülməsinin maksimal müddəti 30 ilə bərabərdir, bununla yanaşı borcalan nəinki artıq hazır daşınmaz əmlakın alınması üçün, hətta onun tikintisi üçün borc pul götürə bilər. Borc həm fiksə edilmiş (sabit), həm də üzən faiz dərəcələri əsasında rəsmiləşdirilə bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.