7 C
Baku
Thursday, December 12, 2024

Avstraliya Çin texnologiyalarına sərmayə qoyuluşunu qadağan edə bilər

Avstraliya hökuməti ABŞ-dan nümunə götürmək və Çinin həssas texnologiyalarına sərmayə qoymağı qadağan etmək imkanını nəzərdən keçirir.

Bu barədə Sky News Australia telekanalı məlumat yayıb.

Avstraliya hökuməti ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik zəminində ABŞ firmaları üçün tətbiq etdiyi qadağanın oxşarının tətbiqi məsələsini qaldırıb.

Xatırladaq ki, avqustun 9-da ABŞ prezidenti Çinin hərbi sənaye kompleksinə və yüksək texnologiyalara investisiya qoymasını qadağan edən fərman imzalayıb. ABŞ Xəzinədarlığı mikroelektronika, süni intellekt və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Çin şirkətlərinə yatırılan investisiyalara nəzarət edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər