17 C
Baku
Friday, April 19, 2024

Avstraliya dolları və yuanın mövqeyi Trampın Çinlə bağlı qərarından sonra güclənir

Avstraliya dolları və Çin yuanı bazar ertəsi günü ABŞ prezidenti Donald Trampın “məhsuldar” ticarət danışıqları çərçivəsində Çin mallarına olan vergilərin artmasını təxirə saldıqdan sonra güclənib.

Banker.az bunu Reuters Agentliyinə istinadən xəbər verir.

Prezident ÇXR-in sədri olan Xi Jinping ilə müqavilə bağlamaq məqsədilə görüş keçirəcəyini söyləyib.

Avstraliya dolları 0,29% artaraq 0.7147 dollara çatıb.

Bu, Trampın bazar ertəsi günü Asiya hərraclarının başlanğıcında Twitter şəbəkəsində paylaşdığı mesajına cavab kimi qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər