Avstraliya dollarının və yuanın qiyməti ticarətlə bağlı optimistliyin fonunda artdı

0

Avstraliya dollarının və Çin yuanın qiymətlərində artma müşahidə olunub. Banker.az xəbər verir ki, bu, Vaşinqton və Pekin ticarət müharibəsini sona çatdıracaq müqaviləyə yaxınlaşmaları ilə bağlı olmuşdur.

Bazar günü The Wall Street Journal qəzetinin verdiyi məlumata görə, müzakirələrin gedişatını nəzərə alaraq, ABŞ və Çin 27 mart ətrafında keçiriləcək toplantıda rəsmi müqavilə bağlaya bilərlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Avstraliya dolları 0,2% artaraq 0,7090 dollara, Çin yuanı da 0,2% artaraq çatıb. 6.6957 səviyyəsinə yüksəlib (ötən həftə bu rəqəm 6,6737 dollar təşkil edib).

Ticarətlə əlaqədar optimistlik, dollarları Asiya valyutalarına münasibətdə endirib. ABŞ prezidenti Donald Trump FES-nin kredit-pul siyasətini yenidən tənqid etməsi, bu itkiləri bərpa etməyə kömək etmişdir.

Cümə günü dolların qiyməti yenə münasibətdə 111,96 səviyyəsində olub.

Avro 0,1% azalaraq, 1,1364 dollara çatıb. İnvestorlar cümə axşamı günü açıqlanacaq Avropa Mərkəzi Bankının nəticələrini gözləyirlər.

Funt sterlinq 0,2% artaraq 1,3234 dolara çatıb.