9 C
Baku
Monday, November 18, 2024

Avstraliya Ehtiyat Bankı uçot faiz dərəcəsini kəskin artırır

Avstraliya Ehtiyat Bankı (RBA) dördüncü aydır ki, inflyasiyanın yüksəlməsinə görə faiz dərəcələrini artırır.

Banker.az xəbər verir ki, RBA-nın aylıq iclası zamanı Avstraliyanın faiz dərəcəsini 50 baza bəndi və ya 0.5 faiz  bəndi artırıb.

Qərar iqtisadçının proqnozları doğrularaq uçot faiz dərəcəsini 1.35 faizdən 1.85 faizə çatdırmış olub.

Bu, RBA-nın 1990-cı ildən bu tərəfə ilk dəfədir ki, ardıcıl 3-4 aydır faizləri yüksəldir.

Bu, 2001-ci ildən bəri 21 ilin ən yüksək səviyyəsi olan inflyasiya 6.1 faiz təşkil edən edir.

Bu faiz artımı o deməkdir ki, orta hesabla 500 000 dollarlıq ev kreditini ödəyənlər ayda əlavə 140 dollar ödəməli olacaqlar.

Avqust artımının sonuncu olacağı gözlənilmir. İqtisadçılar faiz dərəcələrinin ilin sonuna qədər iki faizə çata biləcəyini proqnozlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər