23 C
Baku
Friday, April 19, 2024

Avstraliya haqqında maraqlı faktlar II hissə

1. Avstraliyada şəhərlər arası nəqliyyat vasitəsini “METRO” adlandırırlar. Lakin bu nəqliyyat vasitəsi yerin altı ilə deyil, üstü ilə hərəkət edir. Bu qatarlar 20 dəqiqqədən bir cədvəl üzrə hərəkət edirlər.

2. Avstraliyada həm uşaqlar, həm də böyüklər çox gülərüzdürlər. Avstraliyalılar ilə görüşdükdə onlar ilk olaraq sizin adınızı və hansı rəngi sevdiyinizi soruşurlar.

3. Avstraliya hökuməti uşaqlara çox böyük qayğı ayırır.

4. Avstraliyada televizora baxmaq üçün əlavə pul ödəmək lazım deyil (məsələn, Böyük Britaniyadan fərqli olaraq). Burada adi analoq və rəqəmsal kanallar var. Rəqəmsəl kanallar üstünlük təşkil edirlər.

5. Burada küçələr çox təmizdirlər. Küçələri mütəmadi olaraq təmizləyirlər.

6. Lakin Avstraliyanın paytaxtında bulaqlar, çaylar çirkab içindədir. Hər kəs bura öz məişət tullantılarını atır. Amma sularda xərçənglərə, balıqlara rast gəlmək olar. Deməli, sular toksin maddələrlə çirklənməyiblər.

7. Avstraliyanın küçələrində çox saylı evkalipt bitkiləri var. Bu bitkilərin özünə məxsus kəskin qoxusu var.

8. Burada, demək olar ki, hər yerdə tutuquşularına rast gəlmək olar. Onlar düz küçənin ortasında uçurlar və çox gözəl olurlar. Lakin çox bərkdən qışqırırlar. Tutuquşular evkalipt bitkisinin toxumları ilə qidalanırlar.

9. Axşamlar Melburnda böyük ölçülü yarasalara rast gəlmək olar.

10. Paytaxtda çox sayda parklar var.

12. Burada internet xidmətləri olduqca bahadır. ADSL unlimited-ə qoşulmaq üçün ayda təxminən 60 dollar ödəmək lazımdır.

13. Avstraliyalılar rahat həyat tərzi sürürlər. Burada, adətən, heç kəs özünü artıq pul qazanmaq üçün yormur.

14. Şəhər sakinləri rahat tərzdə geyinirlər. Demək olar ki, nə istəyirlər, onu da geyinirlər. Burada çox saylı millətlər olduğu üçün geyimlər də müxtəlif növdədir. Lakin işə götürənlərlə müsahibəyə getdikdə onlar olduqca səliqəli şəkildə geyinirlər.

15. Digər ölkələrdən fərqli olaraq Avstraliyada mobil əlaqələr olduqca bahadır.

Son xəbərlər
Digər xəbərlər