28 C
Baku
Tuesday, July 23, 2024

Avstraliya kriptovalyuta tənzimlənməsini gücləndirəcək

Avstraliya hökuməti çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərini gücləndirəcək və kriptovalyuta bazarının tənzimlənməsi üçün qanunvericilik bazasını yaradacaq.

“lenta.ru”ya istinadən, bu barədə ölkənin Ədliyyə Nazirliyi açıqlama yayıb.

Ədliyyə naziri Maykl Kinan deyib ki, mütəşəkkil cinayətkarlıq və terrorizm əleyhinə yönələn qanunlar balanslaşdırılacaq. Bu, eyni zamanda, leqal maliyyə sektorlarının inkişafına mane olmayacaq.

Avstraliya dünyada virtual valyuta tənzimlənməsini tətbiq edəcək ikinci ölkə ola bilər. Bundan əvvəl bunu Yaponiya etmişdi.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər