Avstraliya Mərkəzi Bankı iqtisadiyyatın kəskin azalacağını, işsizlik səviyyəsinin isə əksinə artacağını gözləyir. Banker.az xəbər verir ki, bununla əlaqədar olaraq, tənzimləyici uçot dərəcəsini dəyişməz saxlamaq qərarına gəlib.
Avstraliyanın Ehtiyat Bankı, gözlənildiyi kimi, uçot dərəcəsini rekord 0,25% səviyyəsində saxlayıb.
Xatırladaq ki, mart ayında tənzimləyici uçot dərəcəsinin azaldılması ilə yanaşı, stimullaşdırıcı tədbirlər paketi çərçivəsində istiqrazların alışına başlamışdır.
“Bankın gündəlik bazar əməliyyatları kreditləşməni və maliyyələşdirmə xərclərini dəstəkləməyə davam edir”, – Avstraliyanın Ehtiyat Bankının rəhbəri Filip Lou bildirir.
Mərkəzi Bank iqtisadiyyatın ilin birinci yarısında 10%, ümumilikdə isə 6% azalacağını proqnozlaşdırır. Bunun ardınca gələn il təxminən 6% artım müşahidə ediləcək. İşsizlik səviyyəsi 10%, yaxın aylarda isə 7%-dan çox olacaq.
“Koronavirusun qarşısını alınsa daha güclü iqtisadi bərpa mümkündür”, – Lou qeyd edir.
Lakin pandemiya ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərin ləğvi prosesi ləng olduğu halda, iqtisadi proqnozlaşdırılandan daha pis ola bilər.