Avstraliya Ehtiyat Bankı ölkədə istehlak qiymətlərindəki artımın davam etməsi fonunda uçot dərəcəsini 50 baza bəndi artıraraq 0.35%-dən 0.85%-ə qaldırıb, Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.
Analitiklər orta hesabla daha mülayim artım gözləyiblər – 25 baza bəndi.
Ölkənin maliyyə naziri Cim Çalmers həftəsonu bildirib ki, birinci rübdə Avstraliyada inflyasiya 5.1% olub, bundan sonra rəqəm artmağa davam edib.
“Biz inflyasiyanın indikindən daha yüksək olacağına hazırlaşmalıyıq”, – deyə maliyyə naziri söyləyib.
Avstraliya fond indeksi S&P/ASX 200 çərşənbə axşamı ticarət zamanı 1.4%, Avstraliya dolları isə ABŞ dollarına nisbətdə 0.3% ucuzlaşaraq 0.7172 dollara düşüb.