8 C
Baku
Thursday, December 12, 2024

Avstraliya ölkə ərazisinin 30%-ni biomüxtəlifliyin qorunmasına ayıracaq

Avstraliya ölkə ərazisinin 30%-ni biomüxtəlifliyin qorunması üçün ayıracaq. Plan çərçivəsində nəsli kəsilməkdə olan heyvan və bitkilərin siyahısı genişləndirilib: indi bura 110 növ heyvan və 20 təbii yer daxildir, əvvəllər siyahıda 100 heyvan və 6 yer olub.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Müstəqil alimlər səlahiyyətli orqanlar tərəfindən qorunacaq ən mühüm təbii əraziləri müəyyən ediblər: Bruni adası, Fransız adası, Kenquru adası, Milad adası, Norfolk adası və Reyn adaları, həmçinin Mavi Dağlar, Avstraliya Alpları, Kakadu Milli Parkı, Tasmaniyada Makdonnell silsiləsi və yosun meşələri və s.

İndiki yanaşmamız işə yaramır. (…) Avstraliya dünyanın məməlilərin nəsli kəsilmək üzrə paytaxtıdır”, – deyə ölkənin ətraf mühit naziri Tanja Plibersek bildirib.

Son xəbərlər
Digər xəbərlər