12 C
Baku
Wednesday, December 11, 2024

Avstraliya Rusiyanın 14 şirkətinə qarşı sanksiya tətbiq edib – Siyahı

Hökumətin saytında dərc olunan sənədə əsasən, Avstraliya bir sıra Rusiya şirkətlərinə qarşı sanksiyaları genişləndirib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, ümumilikdə 14 müəssisə məhdudiyyətlərə məruz qalıb.

Sanksiyalara məruz qalan şirkətlər aşağıdakılar olub:

– “KamAz”

– “Novorossiysk dəniz ticarət limanı”

– “Roselektronika”

– “Birləşmiş gəmiqayırma korporasiyası”

– “Sevmaş”

– ALROSA

– “Sovkomflot”

– “Rusiya Dəmir Yolları”

– “Qazprom”

– “Qazprom neft”

– “Transneft”

– “Rostelekom”

– “RusQidro”

– “Soqaz”

Qeyd edək ki, Avstraliya Rusiyaya qarşı sanksiyalar tətbiq edən ilk ölkələrdən biri olub. O həmçinin Rusiyaya dəbdəbəli malların idxalına, eləcə də alüminium oksidi və alüminium filizlərinin ixracına qadağa qoyub

Son xəbərlər
Digər xəbərlər