30 C
Baku
Thursday, July 25, 2024

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Avstraliyanın xarici işlər naziri Maris Payenin səhifəsində çərşənbə günü dərc olunmuş rəsmi bəyanata görə, Avstraliya hökuməti Ukraynadakı hadisələrlə əlaqədar 110 nəfərə, o cümlədən DXR və LPR-nin 34 nümayəndəsinə qarşı maliyyə sanksiyaları tətbiq edib.

“Bu şəxslər Ukrayna hakimiyyətinin icazəsi olmadan Ukraynanın regionları üzərində hakimiyyət quraraq, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozublar”, – məlumatda bildirilir.

Həmçinin, sanksiya tətbiq edilən şəxslərin siyahısına əvvəllər sanksiyalara məruz qalanlarla yanaşı, Rusiya Federasiyası Dövlət Dumasının 76 deputatı da daxildir.

Son xəbərlər
Digər xəbərlər