Avstraliya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Avstraliya Daxili İşlər Nazirliyinin məktubunda qeyd olunub.
Nazirliyin sözlərinə görə, Kanberra Moskvaya qarşı yeni sanksiyalar elan edərək, Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya bir sıra malların tədarükünü qadağan edib.
Buraya müxtəlif qurğular və elektrik avadanlıqları üçün ehtiyat hissələri daxil edilib.