24 C
Baku
Thursday, July 25, 2024

Avstraliya Rusiyaya yeni sanksiyalar tətbiq edib

Avstraliya Rusiyanın Ukraynada apardığı müharibəsinə görə bu ölkəyə yeni sanksiyalar tətbiq edib.

Bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Avstraliya Rusiyanın müdafiə, texnologiya və enerji sektorlarında fəaliyyət göstərən 35 quruma, Rusiya nazirləri, yüksək vəzifəli məmurlar və Belarusdakı yüksək rütbəli hərbçilər də daxil olmaqla, 10 şəxsə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib.

“Bu addım Rusiyanın Ukraynaya qanunsuz və təcavüzkar işğalının birbaşa və ya dolayısı ilə dəstəklənməsində rol oynayan şəxslərə və qurumlara maksimum təsir göstərmək üçün beynəlxalq tərəfdaşlarımızla diqqətlə əlaqələndirilərək atılıb”, – Nazirliyin məlumatında bildirilib.

Qeyd olunub ki, yeni tətbiq edilən sanksiyalar Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən hüquqi şəxsləri hədəf alıb ki, bunlar Rusiya Silahlı Qüvvələrini qabaqcıl texnologiya, elektronika və avadanlıqla təchiz edən Rusiya şirkətləri, nüvə enerjisi və Arktika resurslarının çıxarılması ilə məşğul olan qurumlarıdır.

Eyni zamanda, Rusiya Baş nazirinin birinci müavini Belousov və Baş nazirin müavini Çernışenko, Rusiyanın ən böyük hərbi helikopter istehsalçısı və onun baş direktoru da daxil olmaqla, Rusiyanın əsas müdafiə qurumları, həmçinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən Belarusun yüksək vəzifəli hərbçilərinə də sanksiyalar tətbiq olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər