19 C
Baku
Sunday, May 5, 2024

Avstraliya Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb

Avstraliya hökuməti Ukraynadakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırıb.

Avstraliya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, regionda yaranan gərginliyə görə fevralın 22-dən bir müddət öncə Kiyevdən Lvova təxliyə edilən səfirlik fəaliyyətini dayandırıb.

Avstraliyanın diplomatları Ukraynadan qonşu ölkələrə Polşa və Rumıniyaya göndərilib. Onlar Ukraynadan çıxmaq istəyən Avstraliyalıların təxliyəsi işində iştirak edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər