5 C
Baku
Sunday, February 25, 2024

Avstraliya və Kanada Çindən gələn turistlər üçün koronavirus testi tətbiq edəcək

Avstraliya və Kanada Çindən gələn səyahətçilərə qoyulan məhdudiyyətlərə qoşulub.

Yanvarın 5-dən etibarən bu ölkələr uçuşdan ən azı iki gün əvvəl verilmiş testin mənfi nəticəsini tələb edəcəklər.

Testdən keçmək məcburiyyəti Çinin materik hissəsindən, Makaodan və Honkonqdan olan səyahətçilər üçün nəzərdə tutulub. Onlar ölkəyə daxil olmaq üçün mənfi PZR testi təqdim etməlidirlər.

Bundan əvvəl Çindən gələn aviasərnişinlər üçün oxşar məhdudiyyətlər ABŞ, İtaliya, İspaniya, Fransa, Yaponiya, Hindistan, Malayziya, Böyük Britaniya, İsrail, Cənubi Koreya tərəfindən tətbiq edilib. Mərakeş hökuməti isə Çindən gələn səyahətçilərin ölkəyə girişini ümumiyyətlə qadağan edib.

Çində koronavirusun yayılması fonunda məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilib. Nəticədə səlahiyyətlilər pandemiyanın başlanğıcından bəri ən böyük yumşalmaya gedib. Rəsmi Pekin həmçinin statistik məlumatların dərcinə yanaşmaları da dəyişib; onlar artıq gündə yox, ayda bir dəfə ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər
Digər xəbərlər