1 C
Baku
Monday, February 24, 2025

Avstraliya və Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib

Avstraliya və Yeni Zelandiya Ukrayna müharibəsinin ildönümündə Rusiya və onun müttəfiqlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Xüsusilə Avstraliya hakimiyyəti Rusiya müdafiə nazirinin müavinləri Anna Tsivileva, Pavel Fradkov, Viktor Qoremikin və Andrey Buliqanı “qara siyahı”ya əlavə edib. Həmçinin Rusiya Federasiyası Dövlət Şurasının katibi Aleksey Dyumin və Rusiya prezidentinin köməkçisi Vladimir Medinski də sanksiyalara məruz qalıb.

Ümumilikdə, 70 Rusiya vətəndaşına və 79 struktura, o cümlədən “Rossotrudniçestvo”, “Rosqvardiya” və bir sıra hərbi müəssisələrə qarşı şəxsi sanksiyalar tətbiq edilib. Yeni Zelandiya da öz növbəsində 52 Rusiya vətəndaşı və qurumuna qarşı sanksiyalar elan edib.

Ukraynanın işğalında iştirak etmək üçün bu ölkənin qoşunlarının Rusiya ərazisinə yerləşdirilməsi ilə əlaqəli bir neçə Şimali Koreya hərbi rəsmiləri də Yeni Zelandiyanın “qara siyahısı”na daxil edilib.

Son xəbərlər
Digər xəbərlər