12 C
Baku
Friday, November 8, 2024

Avstraliya “X” sosial şəbəkəsini $386 min cərimələyib

Avstraliyanın Rəqəmsal Təhlükəsizlik Komissiyası bəzi internet şirkətlərinin və sosial şəbəkələrin yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı məlumatların yayılması barədə auditin nəticələrini açıqlayıb.

Yoxlamanın nəticələrinə əsasən, tənzimləyici “Google”a xəbərdarlıq edib. Komissiyaya görə, şirkət yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı məlumatların yayılmasına qarşı mübarizə mexanizmlərinin işləməsi ilə bağlı suallarına aydın cavab verməyib. Komissiya “Google”dan əlavə məlumat verilməsini istəyib.

Buna əsaslanaraq komissiya “X”ə 610 min Avstraliya dolları (386 min dollar) məbləğində cərimə tətbiq etmək qərarına gəlib, ona cavab hazırlamaq və cərimədən şikayət etmək üçün 28 gün vaxt verib. “X” bu müddət ərzində cavab verməzsə, komissiya əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.

Son xəbərlər
Digər xəbərlər