21 C
Baku
Monday, May 20, 2024

Avstraliya yenidən faiz artımına getdi

Avstraliyanın Ehtiyat Bankı (RBA) qiymətləri yüksələn inflyasiyanı cilovlamaq üçün yenidən faiz artımına əl atıb.

RBA uçot faiz dərəcəsini 50 bənd artıraraq 2.35%-ə çatdırıb. Artım bazarda olan proqnozlara uyğundur. Yerli KİV-ə görə, cari durumda, 700 000 dollarlıq ev kreditinə ayda təxminən 200 dollar ödəniş əlavə ediləcək.

Press-reliz tarixi Aktual Proqnoz Əvvəl
Sep 06, 2022 (Sep) 2.35% 2.35% 1.85%
Aug 02, 2022 (Aug) 1.85% 1.85% 1.35%
Jul 05, 2022 (Jul) 1.35% 1.35% 0.85%
Jun 07, 2022 (Jun) 0.85% 0.60% 0.35%
May 03, 2022 (May) 0.35% 0.25% 0.10%
Apr 05, 2022 (Apr) 0.10% 0.10% 0.10%

“Bu gün faiz dərəcələrinin daha da artması inflyasiyanın hədəfə qaytarılmasına və Avstraliya iqtisadiyyatında daha davamlı tələb və təklif balansının yaradılmasına kömək edəcək” – deyə bunu Ehtiyat Bankının rəhbəri dr. Philip Lou bildirib.

Avstraliyanın Baş nazir Anthony Albanese çərşənbə axşamı bildirib ki, qarşıdan gələn iki həftə ərzində daha ucuz dərman və uşaq baxımı təmin etmək üçün qanunvericilik tətbiq ediləcək.

Bu xəbərdən sonra AUD/USD cütlüyünün məzənnəsi 0.17% artaraq 0.68041 səviyyələrinə qədər artım göstərib.


Son xəbərlər
 ⁠
Digər xəbərlər