18 C
Baku
Cümə, Oktyabr 22, 2021

Avstraliyada ştatlar arasında sərhəd bağlanıb

faizlere

Avstraliyada koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar Viktoriya və Yeni Cənubi Uels ştatları arasında sərhədlər bağlanıb.

Bunu Viktoriya ştatının baş naziri Den Endryus deyib.

O bildirib ki, qərar ştat rəhbərləri arasındakı danışıqlardan sonra qəbul edilib.

Bu gündən etibarən Yeni Cənubi Uels ştatına getmək üçün xüsusi buraxılış sistemi yaradılıb.

Qeyd edək ki, son sutka ərzində Viktoriya ştatında 127 yeni yoluxma qeydə alınıb, daha 2 nəfər isə ölüb. Bu günədək Avstraliyada koronavirusa yoluxanların sayı 8,5 min nəfəri keçib, 106 nəfər həyatını itirib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Trend
Son xəbərlər
360 380
Oxşar xəbərlər