12 C
Baku
Sunday, October 27, 2024

Avstraliyada turistləri hansı təhlükələr gözləyir

Avstraliya – avropalılar üçün inanılmaz ölkədir. Burada çoxlu sayda möhtəşəm çimərlik və müxtəlif əyləncə imkanlarına rast gələ bilərsiniz. Lakin bütün bunlarla yanaşı, Avstraliyada turistləri müxtəlif təhlükələr də gözləyə bilər. 

Bunlar nələrdir:

Köpək balıqları

Avstraliya köpək balıqlarının tez-tez insanlara hücum etdiyi bir ölkə kimi məşhurdur və bu da təsadüfi deyil. Çünki qitənin okean suları ağ köpək balıqları ilə zəngindir. Yay fəslində bu balıqlar xüsusi olaraq aqressivdirlər. Məsələn, 5 il əvvəl yay fəslində 21 köpək balığı hücumu qeydə alınmışdı. Təəssüflər olsun ki, bu hücumlardan 6-sı faciəvi sonluqla nəticələnmişdi.

Hörümçəklər

Qitədə insan həyatına təhlükə daşıyan hörümçəklər yaşayır. Məsələn, Sidneydə Freyzer adasında və Kvinslend adasında yaşayan uzun torlu hörümçək. Hörüçməklərin təhlükəli olduğu uşaqlar arasında zəhərli dişləmə hallarından sonra qeydə alınmışdı. Qeyd edək ki, bu hörüçməklərin yalnız erkək cinsinə məxsus olanları təhlükə daşıyır.

Parlaq osminoqlar

Avstraliya – sualrında insan həyatı üçün ən təhlükəli osminoqların yaşadığı qitədir. Hər il bu canlıların dişləməsindən bir neçə insan həyatını itirir. Bu canlının yetirdiyi travma isə kiçik kəsiyi xatırladır.

Təhlükəli ilanlar

Avstraliyada təqribən 100 növ ilan yaşayır. Onların 10 növü isə zəhərlidir. Bunların içərisində ən təhlükəli və zəhərli olanı isə quruda yaşayan taypandır.

Timsahlar

Qitədə kifayət qədər çox timsaha rast gəlmək mümkündür. Bu timsahlar isə öz növbəsində qida olaraq ətə üstünlük verdiklərindən nəinki heyvanlara, insanlara da hücum edirlər.

Son xəbərlər
Digər xəbərlər