Avstraliyada yanğınlar 12 milyon hektardan çox meşə sahəsini məhv edib

2019-2020-ci illərdə Avstraliyada baş verən yanğınlar 12 milyon hektardan çox meşə sahəsini məhv edib və 3 milyarda yaxın heyvanın ölümünə səbəb olub.

Britaniyalı alimlərin bu barədə araşdırması “Scientific Reports” jurnalında dərc olunub.

Araşdırmaya görə, meşə və çöl yanğınları son 30 ildə stratosferin ən güclü istiləşməsinə səbəb olub.

2019-cu il oktyabrın ortalarında Avstraliyanın şərq sahillərində irimiqyaslı meşə yanğınları başlayıb. Yanğın qitənin cənub-şərqində geniş əraziləri, eləcə də ölkənin cənubunda bir sıra əraziləri əhatə edib. Vəziyyət yalnız 2020-ci ilin fevral ayının birinci ongünlüyündə baş verən güclü yağışlardan sonra yaxşılaşıb. Bu hadisə ekoloji fəlakət kimi tanınıb.

 

 

Son xəbərlər
Digər xəbərlər