Avstraliya Mədən şirkəti 400 karatlıq almazın yabanı şəkildə tapılması barəsində dünya medyasına xəbər yayıb.
Xəbərdə deyilir ki, tapılan almaz parçası indiyə qədər Anqolada tapılan ən böyüyüdür. Bunu Angolada fəaliyyət göstərən almaz mədən şirkəti Lucapa Diamond Company Business Insider-ə bildirib .
Çəkisi 80 qram və 404.2 karat ölçüdə bu qiymətli daş dünyada tapılmış ən böyüklər içərisində 27-cidir. Son tapılan Almazın təkcə çəkisinə görə dəyəri 800,000$-dan çoxdur və emal olunduqdan sonra bu rəqəmi ötüb keçəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu günə qədər Angolada ən böyüyü sayılan iri ölçülü almaz 2007 ci ildə tapılmışdı və ölçüsü 217.4 karat idi.