15 C
Baku
Friday, March 29, 2024

Avstraliyalı məktəbli Apple şirkətinin serverlərini hack edib

Avstraliyadan olan məktəbli mütəmadi olaraq Apple şirkətinin serverlərinə kiberhücumlar edirdi. Nəticədə bu məsələyə son qoymaq üçün Apple şirkəti FBI-ya müraciət etməli oldu. Məktəblinin sonuncu kiberhücumu olduqca uğurlu reallaşdırılıb. Belə ki, həmin məktəbli sonuncu kiberhücum zamanı şirkət serverlərindən 90 GB həcmində qorunan məlumatlar və şirkət müştərilərinin hesablarını əldə edib. Sadalanmış fayllar məktəblinin evindəki kompüterdə axtarış zamanı aşkar edilib. Fayllar “Hacky hack hack” adlı qovluqda saxlanılırdı. Nəticədə polislər məktəblinin əlindən 2 Apple noutbooku, smartfon və sərt disk alıblar.

Melburndan olan məktəbli, hackerlər cəmiyyətində olduqca yaxşı tanınır. O bildirib ki, Apple şirkətinin böyük pərəstişkarı olduğu üçün şirkət serverlərini hack edib. Avstraliya polisi FBI-dan gələn sorğudan sonra məktəbli ilə maraqlanmağa başlayıb. İstintaq nəticəsində məlum olub ki, məktəbli Apple məlumatlarının əldə olunması üçün ideal şifrələyici açarlardan istifadə edib. Şirkət isə öz növbəsində bu kiberhücum çərçivəsində hansı məlumatların əldə olunduğu barədə məlumatın gizli saxlanmasını tələb edib. Belə ki, şirkət konfidensiallığın qorunmasına böyük önəm verir. Cavan hacker isə öz günahını etiraf edib və onun barəsində yekun qərar məhkəmə tərəfindən 1 ay ərzində veriləcək.

– Techonte.az

Son xəbərlər
Digər xəbərlər