12 C
Baku
Wednesday, December 11, 2024

Avstraliyalı milyarder Ukrayna iqtisadiyyatına 500 mln. dollar sərmayə qoyacaq

Avstraliyalı milyarder Endryu Forrest hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın iqtisadi inkişafına yardım məqsədilə irimiqyaslı sərmayələr yatıracağını elan edib.

Endryu Forrestin 740 milyon Avstraliya dolları (497 milyon ABŞ dollar) həcmində investisiya yatıracağı fond bu gün Kanberra şəhərində açılıb. Ukrayna hakimiyyəti fondun vəsaitindən istifadə etməklə ən müasir texnologiyalara əsaslanan müasir infrastruktur qura biləcək.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib, Ukraynaya isə böyük həcmdə hərbi və humanitar yardımlar göstərib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər