Avstraliyanın 3,5 mindən çox poçt şöbəsində bitkoin satılmağa başlayıb

Avstraliyanın 3500-dən çox poçt şöbəsində bitkoin satılmağa başlayıb. Beləliklə, Bitcoin.com.au kriptobirjasının müştəriləri hesablarını nağd şəkildə artıra biləcəklər. Banker.az xəbər verir ki, şirkətin baş direktoru Holger Arians təcrübəsiz istifadəçilər bu üsulun üçün daha rahat və təhlüksiz olduğunu hesab edir.

“Bir çox insanlar, xüsusən də təcrübəsiz istifadəçilər üçün vəsaitlərin onlayn köçürülməsi ilə müqayisədə poçtda bitkoin almaq üsulu daha təhlükəsiz görünəcək”, – Arians bildirir.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın 20 min pərakəndə satış məntəqəsində nağd olaraq kriptovalyuta almaq imkanının olması barədə məlumat yayılmışdır. “LibertyX” şirkəti müştərilərinin 7-Eleven, CVS Pharmacy və Rite Aid mağazalarının kassaları vasitəsi ilə kriptovalyuta cüzdanlarını doldura biləcəyini açıqlayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları