6 C
Baku
Sunday, December 15, 2024

Avstraliyanın energetika naziri enerji qiymətlərinə məhdudiyyət tətbiq edilməsini dəstəkləyib

“Avstraliya hökumətinin daxili enerji qiymətlərinə məhdudiyyətlər tətbiq etmək qərarı gələn ildə yanacağın qiymətlərində artım riskini azaltmaq üçündür”.

Bunu ölkənin energetika naziri Kris Bouen bəyan edib.

“Biz avstraliyalılar üçün qiymət hədlərini tələb edirik. Avstraliya qazı torpağımızın altındadır və avstraliyalılar bu qaz üçün daha yüksək qiymətlər ödəməməlidirlər” – deyə, nazir əlavə edib.

O, 2021-ci ildə ölkədə qazın qiymətlərinin hökumətin 2023-cü ildə təklif etdiyi qiymət tavanı ilə müqayisə oluna bilən səviyyədə olduğunu da açıqlayıb. Bu, şirkətlərin Avstraliya iqtisadiyyatının müxtəlif sahələrinə aktiv şəkildə investisiya qoymasına mane olmayıb.

Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, yerli təbii qaz qiymətləri min kub.m üçün 12 Avstraliya dolları, termal kömür qiymətləri isə ton üçün 125 Avstraliya dolları ilə məhdudlaşdırılacaq.

Məhdudiyyətlər 2023-cü il ərzində qüvvədə olacaq. Bundan əlavə, ölkə hakimiyyəti yerli təsərrüfatların və biznesin maliyyə dəstəyi üçün büdcədən 1 milyard dollar ayıracaq.

Son xəbərlər
Digər xəbərlər