Avstraliyanın ikinci ən böyük aviaşirkəti “Virgin Australia”, koronavirus pandemiyasının sürətlə yayılması fonunda mülfis olduğunu və “Deloitte” beynəlxalq şirkətin idarəsinə keçdiyini açıqlayıb.
Banker.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında bildirilir.
“Virgin Australia Holdings Limited” şirkətinin koronavirus pandemiyasından sonra maliyyə vəziyyətini daha dayanıqlı olması üçün beynəlxalq şirkətin idarəsinə verilir”, – aviaşirkətin mesajında deyilir.
Buna baxmayaraq, “Virgin Australia” işçilərinin daşınması və Avstraliya vəgtəndaşlarının evlərinə qaytarılması, o cümlədən lazımi yük dəhlizlərinin qorunması üçün uçuşları həyata keçirməyə davam edəcək.
Qeyd edildiyi kimi, “Virgin Australiya” nın təsisçisi milyarder Riçard Brensondur. O, iki aviaşirkətin işinin davam etdirilməsi üçün (Virgin Atlantic və Virgin Australia) İngiltərə və Avstraliya hökumətinin dəstəyinə ehtiyacı olduğunu söyləmişdir. Onun sözlərinə görə, konqlomerat daimi xərclərini ödəmək və “maliyyə balışı” nı formalaşdırma üçün 500 milyon funt sterlinq vəsait istəyib.
Brensonun “Virgin Group” şirkəti “Virgin Australia” nın 10% -lik səhm paketinə sahibdir. Aviaşirkətin digər böyük səhmdarları arasında “Singapore Airlines” və “Etihad Airways” şirkətləri var.