Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır.
TASS xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.
Vyanadakı Rusiya səfirliyinin 3, Zalsburqdakı Rusiya konsulluğunun isə 1 əməkdaşı aprelin 12-nə qədər Avstriyanı tərk etməlidir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Avstriyanın atdığı addıma cavab veriləcəyini bildirib.