8 C
Baku
Sunday, November 17, 2024

Avstriya indiyə qədər Rusiyaya məxsus 2 mlrd. avroluq aktivləri dondurub

Avstriya hökuməti sanksiyalar çərçivəsində indiyə qədər 2 milyard avro dəyərində Rusiya aktivlərini dondurub.

Bu barədə Avstriyanın maliyyə naziri Maqnus Brunner “Twitter“də yazıb.

Nazirin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların effektiv tətbiqi Avstriya, Avropa və ABŞ-ın maraqlarına uyğundur.

“Biz Qərbin təcavüzkara qarşı sanksiyalarını dəstəkləyirik və ötən ilin fevralında Ukraynaya qarşı müharibə başlayandan etibarən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində Avstriya təxminən 2 milyard avro dəyərində maliyyə aktivlərini dondurub”, – Brunner deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər