9 C
Baku
Friday, December 13, 2024

Avstriya kansleri Moskvada səfərdədir, Putinlə görüşəcək

Avstriya kansleri Karl Nehammer Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədir.

Məlumatı “RİA Novosti” yayıb.

O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Məlumata görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Avstriya kansleri Avropa İttifaqına üzv dövlətin Moskvaya səfər edən ilk hökumət başçısıdır.

K.Nehammer Avstriyanın Moskvadakı səfirliyinin binasında beynəlxalq KİV nümayəndələri üçün görüşün yekunlarına dair bəyanatla çıxış edəcək.

Qeyd edək ki, aprelin 9-da K.Nehammer Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Son xəbərlər
Digər xəbərlər