1 C
Baku
Thursday, February 29, 2024

Avstriya karantin rejimini ləğv edir – Şərtlər

Avstriya hökuməti aprelin 30-na qədər elan olunmuş karantin rejimini uzatmamaq barədə qərar verib.

Bu barədə Avstriyanın Səhiyyə naziri Rudolf Anşober açıqlama verib.

Onun sözlərinə görə, aprelin 30-dan sonra insanlara sərbəst şəkildə evlərini tərk etməyə icazə veriləcək. Həmçinin ölkədə 10 nəfərdən çox iştirakçı olmamaq şərti ilə tədbirlərin keçirilməsinə icazə veriləcək. Dəfn mərasimlərində isə 30 nəfərə qədər insanın iştirak etməsinə icazə veriləcək.

Bu məhdudiyyətlər iyun ayının sonuna qədər qüvvədə qalacaq. İyundan sonra isə məhdudiyyətlərə yenidən baxılacaq.

Qeyd edək ki, mayın 1-dən etibarən Avstriyada qeyri-ərzaq mağazaları və ticarət mərkəzləri, mayın 15-dən etibarən isə restoran və barlar açılacaq.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər