Avstriya İsveç və Finlandiyadan nümunə götürüb NATO-ya üzv olmağı planlaşdırmır.
Bunu Vyanada mətbuat konfransı zamanı Avstriyanın federal kansleri Karl Nehammer deyib.
K.Nehammerin sözlərinə görə, onun ölkəsi “hərbi neytrallıqlarını yenidən nəzərdən keçirən” və “NATO-ya üzv olmağa çalışan” İsveç və Finlandiyanın addımlarını təkrarlamaq niyyətində deyil.
Kansler qeyd edib ki, Avstriya Avropa İttifaqının beynəlxalq sahədə və Aİ-nin təhlükəsizliyi sahəsində birgə siyasətinə sadiqdir və həmçinin öz müdafiəsinə investisiyaları artırmağı planlaşdırır.