Oktyabrın 9-da Avstriyada keçiriləcək növbəti prezident seçkilərində dövlət başçısı Aleksander Van der Bellenin əsas rəqibi müəyyənləşib.
Aparıcı müxalifət partiyalarından biri olan Avstriya Azadlıq Partiyası (FPÖ) Hofburq uğrunda seçkilərdə öz namizədi kimi Valter Rozenkrantsın adını açıqlayıb. Namizədin rəsmi təqdimat mərasimi isə iyulun 13-də keçiriləcək.
Partiya sədri Herbert Kikl bildirib ki, partiyanın prezidiumu yedkil şəkildə V.Rozenkrantsın namizədliyini təsdiqləyib.
1962-ci ildə Krems şəhərində doğulan V.Rozenkrants ixtisasca hüquqşünasdır. 1988-ci ildən indiyədək əyalət və federal səviyyədə Avstriya Azadlıq Partiyasını təmsil edib. 2008-2019-cu illərdə Avstriya Parlamentinin üzvü olan V. Rozenkrants 2019-cu ildə xalq vəkili (parlament ombudsmanı) vəzifəsinə seçilib.