Avstriya hökuməti Rusiyadan alınan qazın azalmasını kompensasiya etmək üçün daş kömürlə işləyən elektrik stansiyasını yenidən işə salmağa qərar verib.
Bazar axşamı “Verbund” şirkəti ilə aparılan danışıqlarda Mellax şəhərindəki elektrik stansiyasının işə salınmasına dair razılıq əldə edilib.
Sözügedən stansiyanın fəaliyyəti karbon emissiyasını azaltmaq proqramı çərçivəsində 2020-ci ilin sonunda fəaliyyətini dayandırılmışdı. Bu, Avstriyada kömürlə işləyən sonuncu elektrik stansiyası idi.