21 C
Baku
Saturday, May 25, 2024

Avstriya Rusiyanın iki milyard avroluq aktivlərini dondurub

Avstriya Aİ və ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir və bu ölkənin maliyyə aktivlərinə aid 2 milyard avroya yaxın vəsaiti dondurub.

Bu barədə Avstriyanın maliyyə naziri Maqnus Brunner məlumat verib.

“Rusiyaya qarşı sanksiyaların effektiv tətbiqi Avstriya, Avropa və ABŞ-nin maraqlarına cavab verir. Biz işğalçıya qarşı Qərbin sanksiyalarını dəstəkləyirik və müharibə başlayandan bəri təxminən 2 milyard avro maliyyə aktivlərini dondurmuşuq”, – Brunner bəyan edib.

Qeyd edək ki, o, aprelin 20-də Vyanada ABŞ Maliyyə Nazirliyinin terrorizm və çirkli pulların yuyulması ilə mübarizə üzrə müşaviri Brayan Nelsonu qəbul edib. Nazir bu görüşün xüsusi olduğunu qeyd edib. Onun fikrincə, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi zamanı Aİ ilə ABŞ arasında strateji əlaqələr böyük əhəmiyyət kəsb edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər