Avstriya hökuməti sanksiyalara məruz qalan rusiyalılara məxsus 97 bank hesabında 254 milyon avro vəsaiti dondurub. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Ümumilikdə, Avropa İttifaqının (Aİ) sanksiya siyahısında 1091 fiziki və 80 hüquqi şəxs var. Aprelin əvvəlində Avropa Komissiyası bildirmişdi ki, Aİ ölkələri sanksiyalar çərçivəsində Rusiyanın 30 milyard avro dəyərində aktivlərini dondurub ki, bunun da 6.7 milyard avrosu daşınmaz əmlak, yaxtalar, helikopterlər və sənət əsərləridir.