25 C
Baku
Thursday, August 18, 2022

Avstriya şirkəti “Kredobank”dan pay alıb

Avstriyanın “Veno Investment GmbH” şirkəti “Kredobank” ASC-nin səhmdarı olub. Bankın nizamnamə kapitalının 22,66 mln. artırılaraq 73,2 mln. manata çatdırılması çərçivəsində baş tutub.

Kapital artımından əvvəl “Kredobank”ın dövriyyədə hər birinin nominal qiyməti 10 000 manat olan 5 054 səhmi olub. Bu səhmlər Bankın 14 səhmdarı – 7 fiziki və 7 hüquqi şəxs bölüşdürülüb.

“Kredobank” kapitalını artırmaq üçün bu il əlavə səhm emissiyası edib və dövriyyəyə eyni nominalda 2 266 səhm buraxıb, yəni səhmlərinin sayını 7 320-yə çatdırıb. Yeni səhmlərin təxminən 280-ni adı çəkilən Avstriya şirkəti, qalan 2 minə yaxın səhmi isə mövcud səhmdarlar alıb.

Son nəticədə “Veno Investment GmbH” “Kredobank”ın 3,8%-nə, qalan 14 səhmdar isə 96,2%-nə sahib olub.

Xatırladaq ki, “Kredobank” 28 fevral 1994-cü il tarixində “Anar” kommersiya bankı kimi fəaliyyətə başlayıb, sonradan rebrendinq edib.

Report

 

Son xəbərlər
Oxşar xəbərlər