13 C
Baku
Bazar, Noyabr 28, 2021

Avstriya ümummilli karantin rejimi tətbiq edir

Avstriya hakimiyyəti davam edən koronavirus pandemiyası ilə əlaqədar noyabrın 22-dən etibarən ümummilli karantin rejimi tətbiq edir.

Banker.az xəbər verir ki, bu barədə Avstriya kansleri Aleksandr Şallenberq məlumat verib.

“Bazar ertəsindən başlayaraq, 10 gündən sonra təhlil ediləcək və dekabrın 13-də başa çatacaq ümummilli karantin rejimi tətbiq olunur”, – deyə mesajda bildirilir.

Hökumət başçısı həmçinin bildirib ki, ölkədə koronavirusa qarşı məcburi vaksinasiyaya başlanılır.

Xatırladaq ki, Avstriyada noyabr ayı ərzində koronavirusa yoluxanların sayında artım davam edir və gündə 15 minə çatır.

Son xəbərlər
Oxşar xəbərlər
X