Avstriya Xarici İşlər Nazirliyi Luqansk və Donetsk Xalq Respublikaları, o cümlədən Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlarla əlaqədar Rusiyadakı səfirini geri çağırıb.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Agentlik Rusiya səfirini “aydın mesaj göndərmək” üçün çağırıb və təyin olunmuş ərazilərdə referendumların keçirilməsini “beynəlxalq hüququn qəbuledilməz pozulması” adlandırıb.