6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Avstriyada karantin müddəti dekabrın 11-dək uzadılıb

Avstriyada COVID-19 koronavirusuna yoluxma hallarının artması ilə əlaqədar tətbiq edilən karantin müddətini dekabrın 11-dək uzadıb.

Qeyd edək ki, ölkədə lokdaun noyabrın 22-də başlayıb. Banker.az xəbər verir ki, Milli Şura Komitəsi bu məhdudiyyətlərin 10 gün müddətinə uzadılmasını təsdiqləyib.

Ümummilli karantin tətbiq edildikdən sonra Avstriyada gündəlik hadisələrin artması azalmağa başlasa da, xəstəxanaya müraciətlərin sayı artmaqda davam edir.

Avstriya hökuməti dekabrın 12-dən tam peyvənd almış və ya bu yaxınlarda koronavirusa yoluxanlar üçün məhdudiyyətlərin qaldırılacağını bildirib. Avstriyada pandemiya dövrü ərzində 1.16 milyon koronavirusa yoluxma halı aşkar edilib, onlardan 12.4 minə yaxın insan ölüb.

Son xəbərlər
Oxşar xəbərlər