10 C
Baku
Friday, December 13, 2024

Avstriyada koronavirusa qarşı vaksinasiya dekabrın 27-də start veriləcək

Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyasına dekabrın 27-də start veriləcək.

Federal Kansler Sebastian Kurts digər Avropa İttifaqı ölkələri kimi Avstriyada da ilk növbədə risk qrupuna daxil olan şəxslərin peyvənd ediləcəyini elan edib. O bildirib ki, Aİ ərazisində vaksinasiya prosesi nə qədər tez başlasa, bir o qədər də insan həyatı xilas edilə bilər: “Çünki pandemiyaya qarşı mübarizədə Avropada hər ötən gün hazırda minlərlə insanın ölümü və saysız-hesabsız insanın isə iş yerini itirmək təhlükəsi deməkdir”.

Avstriyaya Pfizer/BioNTech vaksinin ilk tranşı on min doza olmaqla dekabrın 26-da gətirilməli və dekabrın 27-də Vyana Tibb Universitetində ilk pasiyentə peyvənd vurulmalıdır. Gələn ilin martına kimi isə ölkəyə ümumilikdə yarım milyon doza vaksin gətirilməlidir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər