Avstriyada tam peyvəndlənmiş vətəndaşlar üçün koronavirus pandemiyası başa çatıb.
“Euronews” xəbər verir ki, bu barədə Avstriyanın kansleri Sebastyan Kurs məlumat verib.
Kurs peyvəndlənmiş vətəndaşlar üçün heç bir yeni qapanmanın olmayacağını vəd verib, peyvəndlənməmiş şəxslərin isə gündəlik həyatda yeni məhdudiyyətlərə hazırlaşmalı olduqlarını deyib.
O qeyd edib ki, pandemiyanın başa çatması hələ koronavirusa son qoyulması demək deyil.