Avstriyada İnsbruk Məhkəməsi iflas etmiş “Signa” daşınmaz əmlak holdinqinin milyarder təsisçisi Rene Benkonu maliyyə maxinasiyalarına görə iki il həbs cəzasına məhkum edib.
Bu barədə “Reuters” agentliyi yazıb.
Məhkəmə nəticəyə gəlib ki, Benko öz investorlarını 300 min avro məbləğində aldadıb. O bu məbləği şirkətinin iflasından əvvəl pulları kreditorlardan gizlətmək məqsədilə şəxsi hesablara köçürüb.
Qeyd edək ki, Benko Avstriyanın ən böyük daşınmaz əmlak holdinqi “Signa”nın sahibi olub. 2023-cü ilin noyabr ayında holdinq iflas edib.