Bazar günü Avstriyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr van der Bellen qalib gəlir.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Səsvermənin ilkin nəticələrinə görə, hazırkı prezident 54 %-dən çox səs toplayıb.
Beləliklə, van der Bellen səsvermənin ilk turunda seçicilərin yarıdan çoxunun dəstəyini qazanaraq qalib gəlib. O, ikinci altı illik müddətə seçilib.
Hazırkı prezidentin əsas rəqibi, sağçı Azadlıq Partiyasından Frants Rozenkrants təxminən 19 % səs toplayıb və məğlubiyyətini etiraf edib.