Avstriyanın müdafiə naziri Klaudia Tannerin bazar günü verdiyi Covid-19 testi müsbət nəticə verib.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Nazirin sözçüsünün dediyinə görə, Tanner hal-hazırda özünü yaxşı hiss edir və xidmət etməyə davam edəcək.
Qeyd edək ki, pandemiya başlayandan Avstriyada 279 708 yoluxma halı qeydə alınıb. Ümumilikdə, 216 998 nəfər sağalıb. Son sutkada 4 047 nəfər yoluxub.